13 iyul 2020 10:09
884

Son sutkada Pakistanda koronavirusdan 74 nəfər ölüb

Son sutkada Pakistanda COVID-19 virusundan 74 nəfər vəfat edib və ölənlərin sayı 5 min 97 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada virusa 2 min 521 nəfər yoluxub və xəstələrin sayı 248 min 872 nəfər olub.

Bildirilir ki, ölkənin xəstəxanalarında 86 min 975 nəfər müalicə olunur, 2 min 118 xəstənin vəziyyəti çox ağırdır.