07 fevral 2019 10:35
78

“Sonanqol” ofşor layihəni tərk edir

Anqolanın “Sonanqol”  dövlət neft şirkəti  “Kaombo Norte” üzən hasilat, saxlama və boşaltma ofşor layihəsi üzrə 32 saylı blokda olan payını satmağı qərara alıb.

 Şirkətin 30% payını satmaqda əsas məqsədi borclarını azaltmaq və neft sektorunda digər bir layihəyə sərmayə yatırmaqdan ibarətdir.

Xatırladaq ki, Anqolanın ən iri ofşor yatağı olan 32 saylı blokun istismarına növbəti illərdə 16 milyard dollar sərmayə tələb olunacaq.

Blok ümumilikdə 650 milyon barrel bərpa olunan neft ehtiyatına malikdir.

 Orada “Sonanqol” ilə yanaşı “Total”, “Galp Energia” kimi iri şirkətlər də paya malikdir.