24 sentyabr 2020 18:16
1267

Sorosun «baby boy»u, Rusiyanın «malçişka»sı, küçə uşağı Paşinyan

Əhalisi  ölkəni tərk  etdiyi üçün demoqrafik fəlakətlə üzləşən  Ermənistanın «könüllülər»i  də xarici ölkələrdən  gətirilən   muzdlu terrorçulardır

 

BMT -nin 75 illiyinə həsr edilmiş  Yüksək Səviyyəli İclasda  Qoşulmama Hərəkatının sədri, Azərbaycanın dövlət başçısı kimi  çıxış edən Prezident İlham Əliyev ən yüksək tribunadan  dünya xalqlarını bəşəri bəla olan terrorizmə qarşı birgə mübarizəyə çağırdı. Faşizm ideyalarını, terrorizmi  dövlət siyasətinin əsas prinsipləri kimi  dəstəkləyən işğalçı Ermənistanın təcavüzkarlığını pislədi:  «Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında «Azərbaycanofobiya»” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və «Azərbaycanofob”» fikirlər əks olunub».

 Otuz ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın indiki və sabiq korrupsioner   rəhbərlərinin terrora dəstək siyasətinin  gətirdiyi fəlakətləri ötən il respublikamızda keçirilən və  sədrliyi Azərbaycana həvalə olunan   Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə toplantılarında , MDB Dövlət Başçılarının Aşqabad Sammitində açıqlayan Prezident İlham Əliyevin  BMT-nin tribunasından işğalçılıq və separatizmin yaratdığı ərazi münaqişələrindən yaranan fəlakətləri  dünya ictimaiyyətinin diqqətinə çatdırması ölkəmizin sülhsevər siyasətindən qaynaqlanan birlik və həmrəylik çağırışıdır.

 Artıq erməni faşizminin əlavə şərhinə,  isbat və sübutuna ehtiyac da yoxdur. İllərdən bəri işğal altında saxladıqları  Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı   törətdikləri vəhşiliklər, soyqırımlar, dağıtdığı kənd və şəhərlər, viran qoyduqları dini abidələr, ziyarətgahlar göstərir ki, bayquş xislətli, xarabalıq aşiqləri olan ermənilər qaniçən qatildirlər.   Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması da təsdiqləyir ki,  kimliyindən asılı olmayaraq Ermənistanın bütün rəhbərliyi genlərində daşıdıqları faşizmə sadiqlik  prinsiplərini, milli xüsusiyyətləri gorbagorlarından qalma miras kimi yaşadırlar.
Rusiyanın  Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik «1941-1945-ci illərin Böyük Vətən müharibəsi” Ensiklopediyası»nın «Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat»” adlı VI cildində dərc edilmiş «Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti»” adlı məqalədə yazılır: «Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib.»

 «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”» şüarını əsas tutan  Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. Həmin şüarı törətdikləri qanlı cinayətləri ilə yaşadan, Ermənistana başçılıq etdikləri dövrdə minlərlə günahsız azərbaycanlını qətlə yetirən koçaryanlar, sarkisyanlar kimi, baş nazir Nikol Paşinyanı da   hakimiyyətə  sövq edən qan qoxusudur.
 Ermənistana həmişə korrupsioner, başqaları tərəfindən idarə olunan rəhbərlərin başçılıq etməsi, işğalçı dövlətin müstəqil siyasətinin olmaması bu gün də onun  törətdiyi təxribatlardan  aydın olur.   Başqalarının  oyuncağı, siyasi vasitə,  alət rolunu oynayan Ermənistan rəhbərliyinin yeganə istəyi varlanmaq, lazımi məqamlarda, zamanın istəyinə görə  məkrli siyasət yeridərək, yağlı tikələrin artıqlarından  bəhrələnməkdir.  «Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır» söyləməklə  formatı dəyişdirməyə çalışan Ermənistanın rəhbərliyi  savadsızlığını bildirməklə, beynəlxalq  qanunlardan xəbərsiz olduğunu da göstərir.
 İyul hadisələrində törətdikləri təxribatın məğlubiyyətini özlərinin qələbəsi kimi göstərən,  əsgərlərini «mükafatlandıran» Paşinyanın, Ermənistanın müdafiə nazirinin «yeni ərazilər uğrunda  müharibə» sayıqlaması da təxribatın bir təzahürüdür.  Güclü orduya malik olduqlarını dilə gətirən,  Azərbaycan əsgərlərinin əks-həmləsi qarşısında tab gətirməyərək  kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  müraciət edən Ermənistanın bu xəyalları da doğrulmadı.
«Bu, bir daha onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi  Tovuz hadisələri onlar üçün dərs olmalıdır.
 Gəncə və Naxçıvanla bağlı   utopiyalarını həqiqət hesab edən Ermənistanı qorxuya salan digər məsələ Azərbaycan-Türkiyə qardaşlığı, hər iki dövlətin birgə keçirdiklər hərbi təlim - məşqlərdir.

 Ermənistanin Tovuz istiqamətində törətdiyi təxribat zamanı  hər zaman Azərbaycanın yanında olduğunu rəsmi bəyanatları ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bu ölkənin  Böyük Millət Məclisi sədrinin,  Müdafiə nazirinin, Xarici İşlər nazirinin həmrəylik çağırışları işğalçını  təşvişə salır. Türkiyənin iqtidar partiyası AKP-nin sözçüsü Ömər Çeliyin « Ermənistan odla oynadığını bilsin. Bölgədə xaos yaratmaq fəaliyyətinin mərkəzində Ermənistan  dayanır. Türkiyə Azərbaycanın yanındadır. Ermənistana bir daha xəbərdarlıq edirik ki, odla oynamasın» sözləri həmin bəyanatlardan yalnız biridir. Məcburi topladığı könülsüzlərdən ibarət «könüllü dəstə»   formalaşdırmaqla nəyə isə nail olmağa çalışan Paşinyanın yalanlarını  elə ətrafındakılar ifşa edir.
  Paşinyanın  qorxaqlığı, acizliyi, ələbaxanlığı göstərir ki, müstəqillik Ermənistanda formal xarakter daşıyır. Rusiyanın  forpostu, quberniyası olan Ermənistanın «qərbli  sahibi» Sorosdur.  Ermənistanın baş naziri Paşinyan da  Soros rejiminin məhsuludur.  Bu baxımdan özünə məxsus heç nəyi olmayan Ermənistanın mənəmlik iddiasına düşməsi  sərsəmlikdir.

Xuraman İsmayılqızı, «İki sahil»