15 yanvar 2020 15:43
180

Sosiska və qaxac olunmuş ətə görə saxlanıldı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn və həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD" markalı avtobus saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Komitədən "İki sahil"ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtobusun arxa pilləkəninin içərisində gömrük nəzarətindən gizlədilən 80 kq sosiska, 5 kq qaxac olunmuş ət və 36 litr çaxır aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.