09 fevral 2020 15:07
627

Soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər

Rafael Nektal: Sevindirici haldır ki, soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər

İlk dəfədir Azərbaycanda beynəlxalq müşahidəçi kimi seçkiləri izləyirəm. Mən Buxara Yəhudiləri Konqresini təmsil edirəm. Biz Bakıda məntəqələrdə olub, seçkiyə hazırlıq prosesi ilə maraqlanmışıq. Qeyd edim ki, olduğumuz məntəqələr seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün tam hazır vəziyyətdə idi. Bu gün isə Qubaya gəldik ki, tək paytaxtda yox, həm də bölgələrdə seçkinin təşkili ilə yerində tanış olaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada seçki prosesini izləyən beynəlxalq müşahidəçi, Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatoru Rafael Nektal söyləyib.

O, Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşdığını qeyd edib: “Mənim çox xoşuma gəldi ki, belə soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər. Seçkiyə gələn sadə vətəndaşlarla söhbət etdim. Burada insanlar öz vətəndaşlıq məsuliyyətlərini anlayırlar. Bilirlər ki, ölkənin gələcəyi onların səsverməsindən asılıdır. Söhbət etdiyim vətəndaşlar Prezident İlham Əliyevə və onun yürütdüyü siyasətə çox inamla yanaşırlar. Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb”.