14 iyul 2020 13:13
1679

“Sparta” Semih Kaya ilə vidalaşdı

Türkiyəli futbolçu Semih Kaya Çexiyanın “Sparta” klubundan ayrılıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Onun azad agent kimi Praqa təmsilçisini tərk etdiyi vurğulanıb.

Qeyd edək ki, Semih Kaya 2017-ci ildə "Qalatasaray"dan 2 milyon avroya "Sparta"ya transfer olunmuşdu.