25 iyun 2020 13:22
360

Stadionda şənlənməyə qadağa

Yeni mövsüm sentyabrın 11-də  başlayacağı Hollandiya çempionatında oyunlar azarkeşli keçiriləcək.

“İki sahil” xəbər verir ki, Hollandiya höküməti çempianatın yeni mövsümündə azarkeşli oynanmasına icazə verəcək. Lakin koronavirusun yayılmaması üçün azarkeşlərə stadionda şənlənməyə icazə verilməyəcək.

Stadiona gəlmək istəyənlər püşkatma yolu ilə məlum olacaq.

COVİD-19-a görə Hollandiya çempionatında 2019-2020 mövsümünün  çempionu elan edilməyib.