22 yanvar 2021 19:30
705

Strateji valyuta ehityatlarımız 50 milyard  dollara yaxınlaşıb

2020-ci ilin yekunlarına əsasən (2021-ci ilin yanvarın 1-nə) Azərbaycanın strateji valyutan ehtiyatları 49 933,7 mln. ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, 2020-ci il ərzində ölkənin strateji valyutan ehtiyatları 0,7% və ya 352,4 mln. dollar artıb. Hazırda strateji valyutan ehtiyatları ÜDM-in 117,2%-ni təşkil edir. Halbuki 2019-cu ildə bu göstərici ÜDM-in 103,2%-nə bərabər idi.