13 iyun 2019 10:53
2406

Stresə qarşı nə etməli?

Mütəxəssislər stres üçün faydalı olan qidalar haqqında məlumat veriblər. Stres faktorunun düzgün bəslənmə proqramı və gərgin dövrlərdə bəzi məşqlər ilə minimuma endiriləcəyini də vurğulayıblar. Xüsusilə, yaşıl yarpaqlı tərəvəzlərin orqanizmi zəngin fosfat, seratonin və dopamin hormonu ilə təmin etməsinin ruh halını tənzimləməsinə köməkçi olduğu öyrənilib.

Vitamin C stres ilə savaşır

Bağırsaq florası tənzimləyən qatıq, kefir kimi fermentli qidaların da faydalı bakteriyalarla birlikdə stres qaynaqlı hormon istehsalını azaldaraq beyin sağlamlığını qoruduğu bildirilib.

Qan təzyiqini balanslaşdıran potasyum qaynağı olan banan və avokado orqanizmin dopamin hormonu ehtiyacını təmin edir. Yaxşı antioksidant xüsusiyyətləri olan qarağat və moruq kimi tünd rəngli meyvələr beyin funksiyaları və yaddaşa müsbət təsir göstərir. Bol miqdarda tərəvəz və meyvə istehlak edilməlidir.

Tərkibindəki allicin maddəsi sayəsində immunitet sistemini gücləndirən ən güclü antioksidant qidalardan biri isə bir çox yeməklərinizə əlavə edə biləcəyiniz sarımsaqdır.

Bitter şokolad xoşbəxtlik mənbəyidir

Stresli vəziyyətlərdə ürəyiniz şokolad istədiyi zaman bitter şokolada üstünlük verin. Qan təzyiqini endirir, tərkibindəki polifenol və flavonellər sayəsində orqanizmi xəstəliklərə qarşı qoruyur və eyni zamanda, ifraz etdiyi  seratonin hormonu sayəsində özünüzü xoşbəxt hiss etməyinizə səbəb olur.

Protein olaraq isə omeqa-3 ilə zəngin balıqları və amin turşuları ilə zəngin yumurta yeməyi unutmayın.

Yatmazdan öncə çobanyastığı çayı

Axşam yatmazdan öncə kofeinli içkilərin əvəzinə yuxu tənzimləyici və sinir sistemi üçün faydalı olan çobanyastığı çayı içilməlidir.

Şəkərli, nişastalı və stresli dövrlərdə qan şəkərini dəyişərək ruh halına mənfi təsir göstərə biləcək hazır yeməklərdən çəkinin.

Röya Rasimqızı, “İki sahil”