23 sentyabr 2020 21:51
796

Sualtı qayıq yük gəmisi ilə toqquşdu

Rusiya donanmasına aid “Kazanets” sualtı qayığı Baltik dənizində Marşall adaları bayrağı altında üzən “Ice Rose” adlı yük gəmisi ilə toqquşub.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu barədə Baltik donanması açıqlama yayıb.

Bildirilib ki, qəza keyfiyyətsiz görmə şəraitinin çətinləşməsi səbəbindən baş verib.

Nəticədə, gəminin gövdəsində su səviyyəsi üzərindəki hissədə dəlik yaranıb. Gəminin heyətinə isə zərər dəyməyib. Sualtı gəmi mərkəz bazasına göndərilib. Donanmada olayı araşdırmaq üçün komissiya yaradılıb.

Danimarka Silahlı Qüvvələrindən verilən açıqlamada qəzanın Oresund Boğazının cənubunda meydana gəldiyi bildirilib.