28 iyul 2020 14:33
201

Sudan mətbuatı Ermənistanın hərbi təxribatından yazıb

Sudanın “Avalalnahar”, “Bajnews” qəzetlərində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlaması və ölkəmizin Sudanda akkreditə olunmuş səfirliyinin bəyanatı yayılıb.

Sudan ictimaiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, dinc əhalini qətlə yetirməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi dərhal və qeyd-şərtsiz azad etməsinə dair qətnamələri, digər beynəlxalq təşkilatların işğalçı ölkəyə təcavüzünü pisləyən və Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və qətnamələr barədə ətraflı məlumat verilib. //AZƏRTAC