16 avqust 2019 11:25
70

Sudanda sel və daşqınlar nəticəsində ən azı 46 nəfər ölüb

Sudanda son iki həftə ərzində davam edən leysan yağışlarının meydana gətirdiyi sel və daşqınlar nəticəsində ən azı 46 nəfər ölüb. Ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edilib və itkin düşmüş insanların axtarışı üçün xüsusi dəstələr fəaliyyət göstərir. Bir sıra rayonlarda baş vermiş torpaq sürüşmələri də ciddi fəsadlara səbəb olub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Sudanın Səhiyyə Nazirliyinin katibi Süleyman Əbdül Cabbar leysan yağışları nəticəsində ölkənin 18 vilayətindən 16-sının su altında qaldığını bildirib. Onun sözlərinə görə, 9,260 ev zərər görüb, onlardan 595-i isə tamamilə dağılıb. Nazirlik rəsmisi əlavə edib ki, içməli su və ərzaq çatışmazlığı problemi də yaranıb və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində təcili tədbirlər görülür.