27 yanvar 2020 16:50
954

Sumqayıt seçiciləri YAP-ın siyasətini dəstəkləyir - FOTO

YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişilinin seçicilərlə növbəti görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisin deputatlığına namizədi Tahir Mirkişilinin şəhərin 6-cı mikrorayonun 31-ci, 32-ci və 33-cü binaların qarşısında yerləşən xeyir-şər evində seçicilərlə görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili son illər dövlətin apardığı uğurlu daxili və xarici syasətdən söz açaraq sosial-iqtisadi layihələr arasında regionların inkişafına böyük diqqət yetirildiyini qeyd edib. Regionların inkişaf etdirilməsinə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyini söyləyən natiq bu layihələr çərçivəsində bölgələrdə bir çox işlər görüldüyünü diqqətə çatdırıb. T.Mirkişili ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan da bəhs edib: «Bu gün ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı birbaşa cənab Prezidentimizin diqqətindədir.»

Daha sonra seçicilərin etimadını qazanıb mövbəti dəfə Milli Məclisin deputatı seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verən T.Mirkişili seçiciləri fevralın 9-da seçki məntəqələrinə gələrək YAP-ın namizədinə səs verməyə çağırıb.

Çıxış edən təbliğat-təşviqat qrupunun üzvlərindən Ofeliya Babayeva, Əşrəf Veysəlli, Anar Qasımlı və digərləri bildiriblər ki, bu gün Azərbaycan dövləti yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində dünyanın inkişaf etmiş dövlətləri arasında yer almaqla regionun lider dövlətinə çevrilib. Vurğulanıb ki, regionda ən güclü partiya olan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır.

Təbliğat-təşviqat qrupunun üzvləri deputatlığa namizəd T.Mirkişilinin seçki platforması ilə seçiciləri tanış ediblər. Natiqlər YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi T.Mirkişilinin növbəti dəfə seçiləcəyi təqdirdə görəcəyi işlərdən də danışıblar və seçiciləri ona səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrinə gələrək YAP-ın namizədi Tahir Mirkişiliyə səs verəcəklərini bəyan ediblər.

Orxan Vahidoğlu, “İki sahil”