23 sentyabr 2020 10:04
742

Sumqayıtda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən "İki sahil"ə bildirilib ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 23 sentyabr 2020-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.