29 iyul 2020 15:07
325

Sumqayıtda Qurban bayramı ilə əlaqədar ət kəsimi bu ünvanlarda olacaq

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhər sakinlərini mənəvi birlik və mərhəmətin rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir!

Bu il Müqəddəs Qurban bayramı COVID-19 pandemiyası dövrünə təsadüf edir. Bir sıra müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də  Qurban bayramı pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmaqla təşkil olunacaq.

"İki sahil" xəbər verir ki, Sumqayıt şəhərində insanların öz xeyirxah əməllərini təhlükəsiz, sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla, pandemiya dövrünün tələblərinə uyğun şəkildə həyata keçirmələri üçün tədbirlər həyata keçirilir.

Bu məqsədlə şəhər ərazisində iki ət kəsim məntəqəsi fəaliyyət göstərəcək.

Vətəndaşlar Sumqayıt şəhərlərində aşağıda qeyd edilən ət kəsim məntəqələrinə müraciət edə bilərlər:

Sumqayıt şəhəri, Çerkasi küçəsinin sonu, 53-cü məhəllə (kənd təsərrüfatı məhsullarının satış-yarmarkası),

İnşaatçılar küçəsi, Ət Kəsimi Məntəqəsi (Alüminium zavodla üzbəüz),