07 noyabr 2019 10:06
74

Sumqayıtlı gənclərdən maraqlı təşəbbüs

Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işləri həyata keçirilir.

"İki sahil" xəbər verir ki, Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq şəhər ərazisində hər gün profilaktik tədbirlər həyata keçirilir. Bütün çox mənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və derotizasiya tədbirləri həyata keçirilir.

Sumqayıtda bu işləri həyata keçirən gənclər maraqlı təşəbbüslə şəhərin 70 illik tədbirlərinə qoşulublar. Belə ki, bu gün onlar işə “Sumqayıt 70” yazısı ilə işə çıxıblar.