25 fevral 2020 18:19
1646

Süngər sexi yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 200 kv.m olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.