29 oktyabr 2020 14:24
572

Super Liqa klubunda baş məşqçi istefası

Türkiyə Super Liqası təmsilçisi "Antalyaspor” baş məşqçisi ilə yolları ayırıb.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, Antalya klubunun rəhbərliyi Tamer Tunanı istefaya göndərib.

Buna 44 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı səbəb olub.

Qeyd edək ki, T.Tuna bu ilin yanvarında "Antalyaspor"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında son 3 matçda  1 xal qazanıb.

Xatırladaq ki, Antalya təmsilçisi 6 turdan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb.