23 iyun 2020 16:21
786

Supermarketin vitrinlərini yalayan koronaviruslu qadın həbs olundu - FOTO

Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda koronavirus olduğunu iddia edərək supermarketin vitrinlərini yalayan qadın saxlanılıb. 

"İki sahil" Milli.Az-a istinadənxəbər verir ki, Liverpul şəhərində yerləşən "Tesco" supermarketinin vitrinlərini yalayan 45 yaşlı Amanda Welch həbs olunub.

Supermarketin işçi heyətini koronavirusa yoluxdurmaqla hədələyən qadın əlindəki iynə ilə mühafizəçini qorxudub. O, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Britaniya koronavirusa yoluxanların sayına görə beş, ölənlərin sayına görə isə üçüncü yerdədir.