28 yanvar 2021 01:12
898

Suqa Yoşihide açıqlamaları ilə gündəm yaradıb

Yaponiyanın Baş naziri Suqa Yoşihide Məşvərət Məclisində çıxışı zamanı açıqlamaları ilə gündəm yaradıb.  

"İki sahil" bildirir ki, baş nazir koronavirus infeksiyasının daha da yayılmasına görə yapon xalqından üzr istəyib. 11 əyalətdə fövqəladə vəziyyətin davam etdiyini açıqlayan Suqa, virusun qarşısını vaxtında ala bilmədikləri üçün çox məyus olduğunu bildirib.