11 iyul 2020 15:25
1878

Sürətli inkişaf Azərbaycanı əhəmiyyətli ölkəyə çevirib

Azər Badamov: Sürətli inkişaf Azərbaycanı qlobal gündəliyin formalaşmasında əhəmiyyətli ölkəyə çevirib

“Cənab Prezidentin rəhbərliyi altında ölkədə formalşamış dövlət siyasəti insanların rifahının yaxşılaşmasına , demokratik və azad cəmiyyətin qurulmasına hesablanmışdır. Son 17 ildə insan həyatı üçün vacib, həyat şəraitini yaxşılaşdıran geniş islahatlar həyata keçirilib. 2003-cü ildən həyata keçirilmiş Regionların sosial iqtisadi inkişafı haqqında 3 Dövlət Proqramı və 4-cü dövlət proqramının icra olunmasına başlanması ümumilikdə Azərbaycanın inkişafına gətirmişdir”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində Azərbaycanın mövqeyini “İki sahil” qəzeti üçün şərh edərkən bildirib.

Deputat vurğulayıb ki, apardığı siyasət  “hər şey insan üçündür” devizi ilə davam etdirilir:  “Təbii ki, biz ölkəmizin inkişafı ilə gördüyümüz işləri hər hansı beynəlxalq təşkilatında reytinq xətrinə etmirik. Bizim məqsədimiz vətəndaşın rifahının yaxşılaşdırılmasıdır. Amma bunula yanaşı Azərbaycan dünyanın bir parçası olduğundan beynəlxalq təşkilatlar ölkəmizdəki prosesləri yaxından izləyir və hesabatlarda dünya ölkələrinin reytinqi sırasına düzür. Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı- 2020” sənədində 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycan bu hesabatda tutduğu mövqeyinə görə regional liderdir. Azərbaycanın bu hesabatın 100 balından 72,6 bal toplamaqla Şərqi Avropa və Mərkəzi Asiya regionda ,,davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici olan 70,9 baldan yuxarıdadır. Hesabatda bir çox istiqamətlər üzrə- məsələn, gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb, hər 100 min nəfərə görə ana və körpə ölümü aşağı olub, bərabərsizliyə görə Cini əmsalı 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biri olub”.

A.Badamov qeyd edib ki,  son 17 ildə ölkəmizdə yenidən qurulan sosial infrastrukur, səhiyyəmizin müasirləşməsi, ölkədə mövcud olan mili təhlükəsizlik, milli həmrəylik mühiti, 2019-cu ildə icra olunan iki sosial paket insanların maddi vəziyyətini yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlarımızı beynəlxalq səviyyədə , dünyanın aparıcı siyasi , iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı onu regional liderə çevirməklə qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkəyə çevirib”-deyə, deputat fikrini yekunlaşdırıb.

Ceyhun Piriyev, “İki sahil”