07 oktyabr 2019 16:17
96

Suriyada gəlişmə: “ABŞ bizi kürəyimizdən vurdu” –  SDQ-dən ilk açıqlama

PKK/YPG terror təşkilatına bağlı Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına dair açıqlamaya yayıb.

Teleqraf.com xəbər verir ki, SDQ-nin açıqlamasında ABŞ-ın verdiyi vədi yerinə yetirmədiyi, bu təşkilatın hərbi birləşmələrini türk ordusu ilə təkbətək qoyduğu bildirilib.

SDQ ABŞ-ın yardım etməməsinə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinə müqavimət göstərəcəyini bildirib.

Təşkilat ABŞ-ın Suriyanın Türkiyə ilə sərhədindəki hərbi qüvvələrini geri çəkdiyini bildirib.

Açıqlamada ABŞ-ın bu qərarı “sürpriz” adlandırılmaqla yanaşı, “Rəsmi Vaşinqton bizi kürəyimizdən bıçaqladı” ifadəsinə də yer verilib.

ABŞ hökuməti Türkiyə ordusunun Fərat çayının şərq sahillərində hərbi əməliyyatlara başlayacağına dair açıqlama yayıb.