28 yanvar 2019 15:06
191

Suriyanın birinci xanımı uğurlu xərçəng əməliyyatı keçirib

Suriyanın birinci xanımı Əsma Əssədin uğurlu xərçəng əməliyyatı keçirdiyi bildirilir. Bu barədə məlumat Suriya Prezidentinin “Twitter” səhifəsində yer alıb.

AZƏRTAC “Sputnik” agentliyinə istinadla xəbər verir ki, Əsma Əssədə bu yaxınlarda erkən döş xərçəngi diaqnozu qoyulub və birinci xanım Dəməşq Hərbi Hospitalında əməliyyat olunub. Əməliyyatın uğurla keçdiyi və 42 yaşlı Suriyanın birinci xanımının özünü yaxşı hiss etdiyi bildirilir.