18 may 2019 10:32
680

Suriyanın HHM sistemləri Qolan təpələrindən gələn hücumu dəf edib

Suriyanın Hava Hücumundan Müdafiə sistemləri Qolan təpələrindən atılan obyektlərin hücumunu dəf ediblər.

Trend xəbər verir ki, mayın 17-dən 18-nə keçən gecə Dəməşqdə bir neçə partlayış eşidilirdi.

Məlumata əsasən, Suriyanın HHM sistemləri Kuneytradan atılmış bir neçə obyektləri qeydə alaraq vurublar.