Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, bu haqda SANA agentliyi məlumat yayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.
Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.