11 oktyabr 2019 12:07
113

Sürücülərin nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.