30 sentyabr 2020 15:49
1220

Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq

“ASAN xidmət”in sədri Ülvi Mehdiyev “facebook” səhifəsində Qarabağın gözü Şuşa ilə bağlı videoçarx paylaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videopaylaşımda tezliklə işğaldan azad olunacaq Şuşada “ASAN xidmət” mərkəzinin yaradılacağına və burada vətəndaşlara xidmət göstəriləcəyinə əminlik ifadə olunub.