30 oktyabr 2020 01:58
757

Tacikistan portalı Ermənistanın qədim Bərdə şəhərinə kasset bombası atması haqqında materiallar verib

Tacikistanın “avesta.tj” portalı Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” kaset bombası atması və dinc sakinlərin ölməsi barədə materiallar verib.

"İki sahil" xəbər verir ki, portalda Ermənistanın dinc əhalin hədəf alması hərbi cinayət kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cinayətə görə cavab verməlidir.

Qeyd olunur ki, dünya birliyi Ermənistanın bu qanuna zidd hərəkətlərini ittiham etməli, Ermənistanı dayandırmalıdır.

Yazılarda vurğulanır ki, bu tipli bomba və raketlərdən istifadə olunması 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

Bildirilir ki, sentyabrın 27-dən bu günədək Ermənistanın dinc əhaliyə atəş aşması nəticəsində 90 adam ölüb, 392 mülki vətəndaş yaralanıb.