20 may 2020 11:29
412

Tacikistanda koronavirusa yoluxanların sayı 1936 nəfərə çatıb

Son 24 saat ərzində Tacikistanda COVID-19 virusuna yoluxanların sayı 207 nəfər artaraq 1936-ya çatıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinandla xəbər verir ki, son sutka ərzində 641 xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bildirilir ki, hazırda karantində 3781 nəfər saxlanılır, 41 xəstə isə vəfat edib.

Xatırladaq ki, Tacikistanda koronavirusa ilk yoluxma halı rəsmi olaraq aprelin 30-da təsdiqlənib.