28 may 2020 15:04
983

Tacikistanda koronavirusdan 1575 nəfər sağalıb

Tacikistanda koronavirusdan 1575 nəfər sağalıb.

AZƏRTAC Tacikistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son iki gün ərzində virusa yoluxanların sayı 324 nəfər artaraq 3424-ə çatıb.

Qeyd olunur ki, 2501 nəfər karantindədir, 47-si isə ölüb.

Ölkənin 85 xəstəxanasında koronavirusla mübarizəyə 8 minədək həkim, 25 mindən çox tibb işçisi cəlb edilib.