07 oktyabr 2019 15:18
210

Tağıyevin heykəlinin açılışı nə zaman olacaq?

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışını Novruz bayramında etməyi düşünürük”.

Bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

X.Əhmədov heykəlin hazırlanma prosesinin başlandığını bildirib: “Eskizdən sonra bir metr hündürlükdə işçi model hazırlanır, həmin model artıq hazırdır. Bundan sonra işçi model böyudülərək əsas ölçülər alınır. Yəqin ki, müəyyən maliyyə ayırmaları başlayandan sonra heykəlin materialı alınacaq və yeni ildən sonra quraşdırma işləri başlayacaq”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.