02 dekabr 2020 16:22
2005

Tamamilə qızıldan hazırlanan ilk otelin içərisi necədir? - FOTO

Bu, hamam - tualeti və hətta bişirilən biftekləri qızıl dolu olan otel dünyada bir ilkdir. "İki sahil" xəbər verir ki, Hanoy şəhərində yerləşən “Dolce Hanoi Golden Lake Hotel” 11 ilə tikilib və tamamilə qızıl plitələrlə örtülmüşdür. Qapı tutacaqları belə qızıldandır.

 Otel həm də lüks suitləri və heyrətamiz şəhər və göl mənzərəsi ilə diqqəti cəlb edir.

 Cənubi-şərqi Asiyanın ən dəbdəbəli oteli olan bu otel Vyetnamın paytaxtında,  Canq Vo gölünün sahilində yerləşir.

 Orada qiymətlər bir nömrədə gecələmək üçün 250 funt sterlinqdən, otağın hər kvadratmetri üçün 5200 funt sterlinqə qədər dəyişir.

 Oteldə yeyib-içmək, vaxt keçirməyə isə təxminən bir gecəyə 800 funt sterlinq yetərlidir.

  Qonaqların ixtiyarına 24 karatlıq qızıldan hazırlanmış, 200 kvadratfut sahəsi və şəhərə panoraması olan hovuz verilir.

 Oteldə məşhur aşpazlar qızılla bəzədilmiş steyklərlə gözoxşayan İsveç stolu hazırlayırlar.

 Otelin sahibi Nquen Xuu Duonq binanın dəbdəbəli qızıl elementlərinin qayğısına xüsusilə qalır.  O istəyir ki, oteli dünyada “ən dəbdəbəli” otel olsun.

 Nquen Duonq otelin açılışını bu il Vyetnamın paytaxtında keçirilməsi planlaşdırılan “Formula-1” oyunlarının Qran-Prisinin premyerası ilə eyni gündə etmək istəsə də, koronavirus pandemiyası ilə əlaqədar olaraq premyera təxirə salındı.

 25 mərtəbəli və 400 nömrəli bu otel Amerika brendi “Wyndham Hotels” tərəfindən idarə olunur.

Nubar Süleymanova,

“İki sahil”