08 oktyabr 2019 10:21
137

TANAP-ın gəlirin 58%-i Azərbaycanın payına düşəcək

"Trans-Anadolu qaz kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcək".

Bunu İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

S. Düzyol onu da qeyd edib ki, TANAP kəmərinin işə salınması Azərbaycanla Türkiyə arasında qaz nəqlinin həcmlərini artıracaq və Türkiyənin Rusiya qazından asılılığını daha da azaldacaq.

 

Orxan Vahidoğlu,

Türkiyə

“İki sahil”