11 yanvar 2020 12:35
759

Tanınmış aktyor 27 yaşında vəfat etdi

Avstraliya əsilli 27 yaşlı məşhur aktyor Harri Hains vəfat edib.

Aktyorun anası oğlunun ölüm xəbərini sosial mediada yayımlayıb. O, oğlunun bir müddətdir narkotik aludəçisi olduğunu bildirib. Lakin aktyorun ölüm səbəbi hələlik dəqiq bilinmir.

Qeyd edək ki, Harri karyerasına Londonda model olaraq başlayıb. Amerikaya köçdükdən sonra isə aktyor kimi film və seriallara çəkilib. //Ölkə.az