18 aprel 2019 17:36
670

Tanınmış fransalı dirijor Bakıda konsert verəcək

Tanınmış fransalı dirijor Natali Moren Bakıda konsert verəcək.

“Report” Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, konsert Frankofoniya həftəsi çərçivəsində aprelin 21-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Buenos-Ayres Simfonik Orkestri, Kann Filarmonik Orkestri, Brüssel Filarmoniyası kimi məşhur kollektivlərdə dirijor kimi çalışmış Natali Moren 2017-ci ildə Türkiyənin Mersin şəhərinin Türk Dövlət Operasının daimi dirijoru da olub.