04 dekabr 2020 18:39
1039

Tanınmış xanımların gözəllik reseptləri

Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Deyirlər ki, çirkin qadın yoxdur, baxımsız qadınlar var. Qadın gözəlliyini bərpa etmək, qorumaq və davamlı etmək üçün müasir kosmetologiya, plastik cərrahiyyə daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini və təravətliliyini təmin edən qadınlar daha çoxdur. Bu gün sizə müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etmək imkanına malik olsalar belə, təbii vasitələrdən bəhrələnməyi unutmayan məşhur xanımlardan danışacayıq. Yəqin ki, sadə gözəllik reseptlərini bilmək sizin üçün də maraqlı olar.

Kameron Diaz

Dünyanın məşhur, gözəl və ən çox qazanan qadınlarından olan Kameron Diaz sadəcə üz gözəlliyi ilə deyil, vücud gözəlliyi ilə də diqqət çəkir.Məşhur xanımım dediyinə görə, o iki aydan bir dərisini pilinq ilə ölü hüceyrələrdən təmizləyir və bunun üçün cəfəridən istifadə edir.  Diaz  cəfərinin inanılmaz gözəllik sirri olduğunu söyləyir. O qeyd edir ki, cəfəri üz dərisindəki şişkinlikləri aradan qaldırır və üzə parıltı verir. Aktrisa makiyajını təmizlədikdən sonra üzünü ilıq çayla silir. Bu, onun üz dərisini yumşaq edir və təravətləndirir. Onun başqa bir maraqlı resepti də var. Problemli dərisi olan Kemeron Diaz aktrisa üzünü quru südlə təmizləyir. Ulduz, bir miqdar quru südə azca su qatıb qarışdırdıqdan sonra halqa şəkilli hərəkətlərlə üz dərisini masaj edir.

 Viktoriya Bekhem

Tanınmış futbolçu Devid Bekhemin həyat yoldaşı və həmçinin qalmaqallı “Spice girls”pop qrupunun solistlərindən biri olan Viktoriya Bekhem illər ötdükcə, sanki dahada gözəlləşir. Daima gənc qala bilən
Viktoriya Bekhemin sözlərinə görə, o  avokado maskasının və ev şəraitində spa prosedurun pərəstişkarıdır. Eks "Spice girls"qrupunun solistinin dediyinə görə, o  əlləri üçün də maska edir. "Əllərimə qidalandırıcı krem çəkəndən sonra xüsusi əlcəklər geyinib yatıram" - deyə, dizayner etiraf edir.

 Sandra Ballok

Tanınmış aktrisa Sandra Ballok isə almanı öz  gözəllik möcüzəsi adlandırır. Gündə ən az 2 ədəd alma yediyini söyləyən 46 yaşlı Sandra Ballak bu meyvənin həm bağırsaqlara xeyirli təsirinə, həm də dərisini gözəlləşdirdiyinə inanır. Hollivudun məşhur aktrisası eyni zamanda alma qabıqlarını üzünə çəkərək bunun pilinq təsiri yaratdığını və dərini ölü hüceyrələrdən təmizlədiyini qeyd edir.

 Sindi Krouford

Məşhur model  Sindi Krouford dərisini kofe çöküntüsü ilə pilinq edir. Onun sözlərinə görə, kofe sellülitlə mübarizəyə kömək edərək dərini hamar saxlayır. Problemli nahiyələrə kofe sürtüb, sonra su ilə yumaq kifayətdir. İllər ərzində gözəlliyini daima qorub saxlayan Sindi həmçinin təbii süddən tez-tez istifadə edir. O, bərabər miqdarda süd və suyu qarışdırıb üz dərisini nəmləndirir.

Sara Cesika Parker

Məşhur aktrisa Sara Cesika Parkerində saçlar üçün gözəllik eleksiri var. Belə ki, məşhur xanım saçlarının daima gözəl  və parlaq olması üçün 2 xörək qaşığı qaymağı 1 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı limon şirəsi ilə qarışdırır və  alınan qarışığı başının dərisinə çəkir, 10 dəqiqə sonra ilıq su ilə yuyur. Lakin  aktrisanın gözəllik sirrləri bitmək bilmir. Sara  gözətrafı ləkələri və mimik qırışları aradan götürmək üçün dərisini itburnu yağı ilə masaj edir. Bundan əlavə gündə ən azı 4-5 stəkan itburnu çayı içən Parker, pambığı bu çay dəmləməsində isladıb gözlərinə qoyur. Bu üsulla gözlərindəki yorğunluğu aradan qaldırır.

Sofi Loren

Gözəllik ikonası sayılan məşhur aktrisa Sofi Loren həmişə botoksa qarşı olduğunu söyləyib. Botoksun əvəzinə o,  pomidorları soyub püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatır. Sonra bu qarışığı üzünə çəkərək bir saat saxlayır. Loren, bu üsulun üzündə yaranan qırışların aradan qalxmasına təsirli olduğunu deyir. Uzun illər dərisinə qulluq üçün zeytun yağından istifadə edib.

Meqan Foks
 Daima formada qalan Meqan Foks isə  bədənini alma sirkəsiylə təmizləyir. Onun sözlərinə görə, yeməkdən əvvəl bir stəkan suya qarışdırılan 2 qaşıq alma sirkəsi bədəni zərərli toksinlərdən təmizləyir və maddələr mübadiləsini sürətləndirir.

Ketrin Zeta-Cons

 Cazibədar aktrisa Ketrin Zeta-Cons gözəl və parlaq saçları ilə hər bir zaman diqqət mərkəzində olub. Sen demə buna görə, zeytun yağına minnətdar olan aktrisa, ondan müntənzəm olaraq istifadə edir. Dediyinə görə, həftədə 1 dəfə zeytun yağını quru saçlarının dibinə sürtür, başını selofanla, sonra isə dəsmalla örtür. Yarım saat sonra şampunla yuyur.

Culiya Roberts

Uzun illər ərzində gözəlliyini qoruyub saxlayan məşhurların siyahısına Culiya Robertsdə daxildir. Plastik əməliyyatlardan tez-tez istifadə edən xanım həmçinin təbii vasitələrdəndə istifadə etməkdədir. Məsələn, əlləri və dırnaqları üçün o daima zeytun yağındn istifadə edir.Culiyanın sözlərinə görə,  zeytun yağının tərkibində olan omeqa 9, E, K vitaminləri əllər və dırnaqlar üçün çox xeyirlidir.

Samirə Tağıyeva,

“İki sahil”