12 mart 2020 10:51
2655

Tarixə düşən qeyri-adi ölüm halları

Dünyada hər şeyin bir  sonu olduğu kimi, insan həyatının da  mütləq sonu vardır. Lakin bu yazıda qeyri-adi ölüm faktlarını  təqdim edirik.

Eramızdan əvvəl 260-cı ildə  Roma imperatoru Valerian  məğlub olduqdan sonra farslar kralı I Şapur tərəfindən əsir götürülmüşdü. Uzunmüddətli işgəncələrdən sonra Valerianın boğazına əridilmiş qızıl tökərək öldürmüşdülər. Sonra I Şapur Roma imperatorunun dərisini soyaraq, cansız bədənini  samanla dolduraraq məbədlərin birində insanlara nümayiş etdirmişdi. Yalnız 3 əsr keçdikdən sonra Valerianın qalıqları dəfn olunmuşdu.

E.ə. 207-ci ildə yunan filosofu Xrissip eşşəyinin əncir yediyini gördükdən sonra gülməkdən ölmüşdü.

1850-ci ildə ABŞ-ın 12-ci prezidenti olan Zakari Teylor tədbirlərin birində çoxlu dondurma yedikdən sonra mədəsində güclü ağrılar başlamışdı. Ağrılardan əziyyət çəkən Zakarı Teylor 5 gündən sonra vəfat etmişdi.

1941-ci ildə məşhur yazıçı Şervud Anderson məclislərin birində təsadüf nəticəsində  diş çöpü udmuşdu. Bir müddətdən sonra yazışı mədə-bağırsaq iltihabından öldü.

Məşhur viskinin yaradıcısı kombinasiyasını unutduğu seyfi açmağa çalışan zaman əsəbləşərək seyfi təpikləməyə başlayır və həmin  zaman ayaq barmaqlarını qırır. Bundan bir müddət sonra o, qan zəhərlənməsindən vəfat edir.

İsveç kimyaçısı Şeelinin qəribə bir vərdişi var idi. O, ixtira etdiyi kimyəvi məhlulların dadına baxırdı. Elə onun ölümünə də qəribə vərdişi səbəb oldu. İcad etdiyi zəhərin dadına baxan kimyaçı  laboratoriyasında ölmüşdü.

İsveç kralı Addolf Frederik yemək yeməyi çox sevirdi və onun yeməyə olan bu sevgisi ölümünə səbəb oldu. O, 1771-ci ildə süfrədəki müxtəlif çeşidli yeməklərlə yanaşı, sevdiyi şirniyyatdan 14 ədəd yedikdən sonra ölmüşdü.

Qəribə bir ölüm hadisəsi Hindistanda baş verir. 40 yaşlı avtobus sürücüsü bulaqdan su içərkən başına meteorit düşür və o, dünyasını dəyişir.

1974-cü ildə məşhur teleaparacı Kristin Çabbak apardığı verilişdə intihar edib. İnsanlara üz tuturaq o, bu sözləri deyib: “Bizim kanalımız artıq 40 ildir ki, müxtəlif xəbərləri sizə birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”,- deyərək o, tapançasını çıxararaq başına atəş açıb.

Məşhur sehirbaz Qriqori Rasputin bir neçə insan tərəfindən zəhərlənir, lakin ölmür. Sonradan düşmənləri tərəfindən vurulan sehirbazı əskiyə bükərək çaya atırlar. Çox maraqlıdır ki, ekspertlər Rasputinin donma nəticəsində öldüyünü müəyyən ediblər.

1928-ci ildə məşhur rusiyalı həkim Aleksandr Boqdanov cavanlaşmaq uçün müxtəlif yollara əl atırdı. Apardığı təcrübələrdən birində təsadüf nəticəsində ona vərəm və malyariya xəstəliyindən əziyyət çəkən insanların qanı vurulur və bir neçə müddətdən sonra o olür.

1940-cı ildə İngiltərədə atasının məzarını ziyarətə gələn Markus Qarvey adlı bir sakin digər qəbir daşı ustündə adını gördükdən sonra infarkt olub ölmüşdü.

Müasir rəqsin yaradıcısı hesab edilən İsadora Dunkanın başına örtdüyü şal onun ölümünə səbəb olur. Belə ki, 1927-ci ildə İsadoranın ipəkdən olan şalı idarə etdiyi avtomobilin sükanına ilişir. Böyük güclə boğazını sıxan şalı yanında oturan violonçel ifaçısı və gözəllik ustası onun boynundan çıxarmağa çalışsalar da, bunu bacarmırlar və rəqqasə dünyasını dəyişir.

2003-cü ildə Alyaskada yaşayan  məşhur zooloq Timati Tredvell qulluq etdiyi ayıların biri tərəfindən parçalanmışdı.

2007-ci ildə Sakramento şəhərində keçirilən “Nintendo Wii” yarışmasında iştirak edən Jennifer Stranger çoxlu su içdikdən sonra ölmüşdü.

Çin imperatoru Qin Şi Huanaq bütün ömrü boyu olümsüzlüyün dərmanını axtarıb və məhz buna görə mənşəyi məlum olmayan dərmanlarları içərək vəfat edib.

Samirə Tağıyeva, “İki sahil”