26 fevral 2020 19:39
2898

Tarixə qanlı iz qoyan qəddar qadınlar

Sizə dünyanın ən dəhşətli cinayətlərini törətmiş qadınlar haqqında məlumat verəcəyik.

Ceyn Toppan: Ceyn Toppan 19-cu əsrdə ABŞ-da 31 xəstəni qətlə yetirmişdir. Bu qadının adı tarixə ABŞ-nın ən tanınmış qəddar qatil qadını kimi həkk olunub. Kasıb ailədə doğulub və uşaq evində tərbiyə almışdı. Xəstəxanada çalışaraq bədbəxt insanları qətlə yetirməyə qərar vermişdi . Xəstələrə yüksək dozada morfi və atropin vuraraq ürəklərinin dayanmağına nail olurdu. 1901-ci ildə məhkəmə Ceynin ruhi xəstə olduğunu nəzərə alaraq onu ömürlük dəlixanada qalmağa məhkum etmişdir. O ,1938-ci ildə 84 yaşında vəfat etmişdir.

Qrafiniya Batori: Qrafiniya Batori 17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir. Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı, tarixdə qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra gənc qrafiniya gənc qızlara əzab verməklə əylənirdi. O, əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki, o, 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşdülər.

Bevelli Alit: “Ölüm mələyi” ləqəbli Bevelli İngiltərənin ən çox tanınan qatillərindən biridir. Tibb bacısı olaraq bir xəstəxanada çalışan Alit 4 uşağı öldürmək və 3-nü yaralamaq ittihamı ilə həbs olunub. O, imkan tapdıqca uşaqlara həddindən çox insulin vuraraq, onları öldürüb. Buna imkan olmadıqda uşaqları boğaraq öldürüb. Cinayətləri nə üçün törətdiyi haqda heç bir sualı cavablandırmayan Alitinin davranışları Munhauzen Proksi sindromu ilə əlaqələndirildi. Bu sindroumlu insanlar diqqət çəkmək üçün adətən öhdəliklərində olan insanlara fiziki zərərlər yetirirlər.

Yekaterina Mediçi: Fransa tarixində ən qanlı bazar günlərindən birinin təşkilatçısı Yekaterina Mediçidir . Fransa tarixinin ən qəddar qadın hakimlərindən olan Yekaterina Mediçi katoliklərlə protestantlar arasında qanlı “Varfolomey gecəsi”nin əsas təşəbbüskarıdır. Kasıb qadınlara kömək adı ilə onların uşaqlarına işgəncə vərərək öldürüb.

Dariya Saltıkova: Dariya Saltıkova (“Saltçixa”) 18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirmişdir. Dariya Nikolayevna Saltıkova rus mülkədarı idi və yoldaşını itirdikdən sonra öz qulluqçularını qətlə yetirirmiş. Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək onları ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırmışdır. Dariyadan bütün mülk, titullarını almış və ömürlük monastırın yeraltı zindanına salınmışdır. O məhkumluqdan sonra 33 il yaşamış, ölənəcən əməllərindən peşman olmamışdır.

Kraliça Mari: Tüdorlar sülaləsinin nümayəndələrindən biri olan kraliça Mari İngiltərədə protestanlıqdan katolikliyə keçidi zor gücü ilə reallaşdırmağa çalışan biri kimi yadda qalıb. İngiltərə tarixində “Marinin zülm dövrü” kimi adlandırılan zaman kəsimində xeyli insan protestant olduqları üçün edam edilib və bu edamlar Mariyə “Qanlı Mari” ləqəbini qazandırıb. İngiltərənin ən zəngin 800 insanı onun dövründə ölkəni tərk edib və yalnız ölümündən sonra geri dönə biliblər. 5 il hakimiyyət sürən Mari 1558-ci ildə xərçəngdən ölüb. Ondan sonra taxta çıxan Birinci Elizabet ölkəni yenidən protestanlığa qaytarıb.

Mariya Katarina Svanenburq: Mariya Katarina Svanenburq Hollandiyada 19-cu əsrin sonlarında 127 adamı qətlə yetirmişdir. Mariya Hollandiyada çox gözəl reputasiya qazanmışdı. O kasıblara yardım edir, qocalar və xəstələrə qulluq edirdi. Amma bu xeyirxah əməllər Mariyanı “mişyak”la (zəhər) 127 adamı zəhərləməyə mane olmamışdır. İlk dəfə o mirasa görə, öz valideyinlərini zəhərləmişdir. O insanları qəyyumluğa götürür, sığortalayır, daha sonra zəhərləyirdi. Bununla da sığorta şirkətlərindən pul qazanırdı. 1883-cü ildə bir ailənin bütün üzvlərini zəhərləməyə cəhd göstərən an sığorta polisi onu yaxalamışdır. Mariyaya ömürlük həbs cəzası verilmişdir. O, 1915-ci ildə 75 yaşında vəfat etmişdir.

İlse Koç: İlse Koç “Buhenvald ifritəsi” ləqəbli qəddar qatil idi. O, 1937-1941-ci illərdə Buhenvaldın və 1941-43-cü illər arası isə Majdenak ölüm düşərgələrinin rəisi işləmiş Karl Koçun yoldaşı olub. İlse əlində olan sonsuz imkanlardan yararlanaraq məhkumlara qarşı sadist əməllər törədib. O, öldürdüyü əsirlərin bədənlərindəki döymələri kəsib saxlayırdı. İlse Koç müharibədən sonra həbs olunmuşdu. 135 insanın ölümünə səbəb olan İlse 1967-ci ildə həbsxanada özünü öldürür.

Merbit Tininq: Öz övladlarını qətlə yetirdiyinə görə, bu cinayətkar qadın hələ də həbsxanadadır. Tibb bacısı olan Merbit Tinq 8 uşaq dünyaya gətirmiş və birini övladlığa götürmüşdür. Lakin onların heç biri bir yaşına çatmamışdır. Tibb bacısının yalnız 9-cu uşağı ölü vəziyyətində xəstəxanaya çatdırılandan sonra ona qarşı şübhə oyanmışdı . Merbitdən cinayətin səbəbini soruşanda o, sadəcə həyatının çətin dövrü olduğunu bildirmişdir. 1987-ci ildə tibb bacısına ömürlük həbs cəzası kesilmişdir. Onun indi 75 yaşı var.

Mariya və Delfina bacıları: Meksikada yaşayan Qonsales bacıları 90-dan çox adam öldürmüşdülər. Mariya və Delfina Qonsales əxlaqsız yuva qurmuşdular. Onlar “ofisiant qız axtarırıq” iş elanı ilə gənc qızları əxlaqsızlığa cəlb edirdilər. Əgər qızlar arasında xəstələnən və ya hamilə qalan olurdusa, bacılar həmin qızı öldürməklə problemi həll edirdilər. Meksika məhkəməsi bacılara 40 il iş kəsdi. Həbsxanada olarkən, Mariya təsadüf nəticəsində həyatını itirdi. Delfina isə bir neçə ildən sonra azadlığa çıxsa da, bir müddət sonra itkin düşmüşdür.

Katerina Knayt: Katerina Knayt ömürlük həbsə məhkum edilən ilk avstraliyalı qadın olaraq tarixə düşüb. O, 2001-ci ildə boşanma məhkəmələri hələ də davam edən ərini ön və arxa hissədən 37 dəfə bıçaqlayıb, sonra isə dərisini soyaraq otaqdan asıb. Bununla kifayətlənməyən qadın onun ətini doğrayaraq soyuducuya yerləşdirmişdi və ondan uşaqları üçün yemək hazırlamaq istəyib. Lakin polisin hadisədən xəbər tutması ona əngəl olub. 2006-cı ilə qədər davam edən məhkəmədən sonra ona ölüm hökmü verilib.

Marya Hindli: Marya Hindli silsilə qətllər törədən killer xanım dostu İen Brayenlə “İngiltərəli Bonni və Klayd” adını almışdılar. Bir neçə il ərzində 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb ölənə qədər işgəncə verərək öldürüblər. Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkar etmişdi. Cinayətkar ikilinin öz cinayətlərini tarixə salmaq üçün yazdıqları audioyazılar bütün ölkəni dəhşətə gətirmişdi.

Samirə Tağıyeva, “İki sahil”