Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi İmişli rayonunda qeyd olunub.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 1992-ci ildə noyabr ayının 21-də təsis edilən, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq olan, bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Ötən dövrdə böyük inkişaf yolu keçən YAP ölkəmizdə bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasında mühüm xidmətlər göstərib.
YAP İmişli rayon təşkilatının Şura üzvləri Ələmdar Quluyev, Həsən Hüseynov, Şahsuvar Əmrahov YAP-ın yaranma zərurətindən, ölkəmizin bütün sferalarında yaxından və uğurlu iştirakından, partiyanın keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, 27 ildə böyük siyasi qüvvəyə çevrilən YAP ölkəmizin davamlı tərəqqi yoluna çıxarılması və dinamik inkişafı, respublikamızın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə böyük töhfələr verib.
YAP İmişli rayon təşkilatının Qadınlar Şurasının sədri Validə Zülfiqarova, idarə heyətinin üzvü Balanisə Quluyeva və Rəfael Məmmədov vurğulayıblar ki, YAP yarandığı gündən çox böyük uğurlara imza atmış, xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərmiş və bu gün də göstərməkdədir.
Zahid Rza, “İki sahil”