25 iyun 2020 11:04
324

Tarixin bağrından qopan ordumuz - Azərbaycan Ordusu – 102

Azərbaycan dövlətçiliyi həmişə mübarizələrlə qorunub, mübarizələrlə bərpa edilib. Xalqın ruhu mübariz ruh kimi tarixin axarını həmişə dəyişə bilib. 1918-ci ilin mayında da dəyişdi, Şərqdə ilk demokratik Cümhuriyyət yarandı, Azərbaycan tarixə “Mən varam!” dedi...

1918-ci ilə kimi “müsəlman korpusu” kimi tanınan ordu birləşməsi Azər­baycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı. Bu addəyişmə həm də mahiyyətin dəyişməsi idi və neçə onillər sonra yeni bir tarixin yaranmasında bu addəyişməyə istinad edildi: Əlahiddə Azərbaycan Korpusunun yaranması amilinə əsaslanıldı. Ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında” 22 may 1998-ci il tarixli Fərman imzaladı və 26 iyun  Azər­bay­can Respublikasının Silahlı Qüvvələrinin yaranması günü kimi tarixləşdi. Ulu Öndər de­yir­di: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tamam əsaslıdır, məq­sədəuyğun, qanuna­uy­ğun­dur. Çünki 80 il bundan öncə məhz bu gün Azər­baycan Xalq Cümhuriyyətinin – ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhu­riy­yətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haq­qın­da verdiyi qərar olmuşdur...”.

Müstəqil Azərbaycan Respublikasının ordusu 1918-ci ildə yaradılmağa başlamışdı. 

1920-ci ilin aprelində rus imperiyası Azərbaycan Demokratik Cüm­hu­riy­yə­tini ilhaq etdi. Dövləti ilhaq etdi, lakin xalqın mübarizə əzmini, azadlıq, müstəqillik  istəyini ilhaq etməyə qüdrəti çatmadı. 73 il çəkən mü­ba­rizə milli-xəlqi ruhun qələbəsi, Azər­bay­canın dövlət müstəqilli­yi­nin bər­pası ilə nəticə­lən­di – Azərbaycan Republikası Azər­baycan Demokratik Res­pub­li­ka­sının varisi ki­mi tarixə “Mən varam!” dedi. “Əbədiyyən var olacam!” dedi... 

Azərbay­ca­nın dövlət müstəqilliyi bərpa olunduqdan aylar sonra ha­ki­miy­yətin səriştəsiz­li­yi, siyasi ambisiyaların ciddiliyi, separatçılıq meyilləri, vətəndaş müharibəsi təhlükəsi Azər­baycanı dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz­ləş­dir­mişdi. Onda xalq böyük tarixi şəxsiy­yət Hey­dər Əliyevi ciddi təkidlə haki­miy­yə­tə dəvət etdi...

Ulu öndər Heydər Əliyevin dönməz siyasəti ilə vətəndaş qarşıdurması aradan qaldırıldı, separatşılıq və separatçılıq meyilləri ləğv edildi, ordu quruculuğuna yeni yanaşma onun nizami ordu kimi formalaşmasına zəmin yaratdı. Müs­tə­qilliyin ilk illərində – 1991 – 1993-cü illərdə  ordu quruculuğu elmi əsas­larla apa­rıl­mırdı, pərakəndəlik, səriştəsizlik, kadr hazırlığı kimi amillər ordunun nizami ordu kimi formalaşmasına imkan vermirdi. Digər tərəfdən, yaradılmış yerli özünü mü­da­fiə batalyonları dövlətin maraqlarından daha çox fərdi mə­na­felərin müdafiə­çi­si i­di. Yəni ordu funksiyasını yerinə yetirmək səviy­yə­sin­də qurulmamışdı. Er­mə­nistanın Azərbay­ca­na qarşı elan olunmamış əda­lət­siz müharibəsinin getdiyi bir vaxtda belə ordu ölkənin ərazi bütövlüyünü, döv­lət­çiliyi müdafiə etməyə qadir deyildi. Bu vəziyyət isə müstəqilliyə silahlı təhdid idi. Ermənistan Azərbaycanda siyasi və­ziyyətdən, siyasi vəziyyətə görə yaranmış hərbi vəziy­yət­dən istifadə edir, Qa­ra­bağın dağlıq hissəsində, eləcə də Ermənistanla sərhəd ra­yon­larda hərbi üs­tün­lü­yə yiyələnirdi ki, bu da torpaq itkisinə şərait yaradırdı.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, ordu qu­ru­cluğunda da əsaslı islahatlar həyata keçirilməyə başladı. Yerli özünümüdafiə batal­yon­ları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, müstəqil Azərbay­canda ordu quruculuğu hərbi, hərbi-elmi nəzə­riy­yə­lər əsasında davam etdirildi, xüsusi tədbirlər həyata keçirildi ki, bunlar da ordunun nizami ordu kimi formalaş­dı­rılmasının başlanğlcı, ordu quruculuğunun yeni (və son dərəcədə gərəkli, zə­ru­ri!) mərhələsi oldu.

Görülən tədbirlər şəxsi heyətin döyüş hazırlığını yüksəldirdi. 1994-cü ilin yanvarında keşirilən Horadiz əməliyyatı ordunun şəxsi heyətinin mənəvi-psixo­lo­ji hazırlığını da yüksəltdi. Bu əməliyyat nəticəsində 20 kənd, o cümlədən Cəb­rayıl rayonunun Cocuq Mərcanlı kəndi er­mə­­ni­sizləşdirildi. Bu gərəkli qələbə əs­gər­lə­rin döyüş əzmini, qələbə ruhunu ordu quruculu­ğu­nun tələbləri səviyyəsində nizamladı, istər ordunun, istərsə də ictimaiyyətin torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını nizamına düzənlədi... Həmin dövrdə Azərbaaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı Heydər Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərə məs­ləhətləri, tövsiyələri də mənəvi-psixoloji hazırlığın səviyyəsini nəzərəçar­pa­­caq dərəcədə yüksəltdi. Tarix elmləri doktoru Mehman Süleymanovun təəbirincə desək, orduya siyasi qüvvələrin nüfuz etməsinin qarşısı birdəfəlik alındı, onun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlarla normalaşdırıldı. Ulu öndər Heydər Əliyev orduda vahid komandanlığın praktiki əsas­la­rını yaratdı, idarəetmə struk­tur­larına məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət qurucu­lu­ğu­nun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin və şəxsən Heydər Əliyevin dönməz qayğısı ilə əhatə olundu, ordunun ehtiyacları vaxtlı-vaxtında aradan qal­dı­rıl­dı...

O illərdə ordu-ictimaiyyət münasibətləri də yeni formatda, mənəvi dəyərlər əsasında formalaşmağa başlamışdı. Ulu Öndər deyirdi: “Xalq ordunu daim sev­məli, ona kömək et­mə­li­dir. Əgər xalq azad, sərbəst yaşamaq istəyirsə, öl­kə­si­ni, torpaqlarının toxunulmazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin. Ordunun hörmətini qaldırmaq lazımdır. Hərbi peşə Azərbay­can­da ən hörmətli peşələrdən biri olmalıdır. Hər bir vətəndaş Azərbaycan əsgərinə, za­bitinə hörmət, ehtiram və qayğı göstərməlidir. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir". Bu kəlamlar ordu qu­ru­cu­luğu prosesinin ideoloji-xəlqi mahiyyətini tənzimləyirdi.

Silahlı Qüvvələrin Hərbi Akademiyası yardıldı (20 fevral 1999-cu il), ordumuzu zabit kadrları ilə komplektləşdirən ali hərbi məktəblərin statusu ar­tı­rıl­dı (20 avqust 2001-ci il), Silahlı Qüvvələrə yardım fondu yaradıldı (17 avqust 2002-ci il), Silahlı Qüvvələrin maddi-texniki təchizatı yaxşılaşdırıldı, ordunun silahlanmasına müasir silah və hərbi texnikalar daxil edildi, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görüldü. Bunlar da özlüyündə ordu quruculuğunun dövlət üçün prioritet olmasının təzahürü idi. Zama­nın­da imzalanmlış  fərmanların həyatiliyinin, ta­ri­xiliyinin nəticəsidir ki, hazırda Azərbay­canın hərbi təhsil sistemi kifayət qədər güclü maddi-texniki bazaya malikdir, onların hər biri fəaliy­yətlərini yerinə yetir­di­yi hərbi vəzifələrə müvafiq olaraq yeni tədris metodları ilə davam et­di­rir­lər...

Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması dünyanın aparıcı dövlətlərinin də, NATO-nun da diqqətini çəkdi. Bununla da Azərbaycan Or­du­sun­un NATO-ya inteqrasiya pro­sesi başladı. Azərbaycan ordu hissələri koalisiya qüv­­vələrinin tərkibində sülhməramlı mis­si­­yalarını Kosovada, İraqda, Əfqanıs­tan­da uğurla yerinə yetirib, indi də yerinə yetirmək­də­dir. Bu xidməti NATO koman­dan­lığı da yüksək dəyərləndirib.

Respublikamızda müdafiə sənayesinin təkmilləşdirilməsi və ordumuzun müa­sir sil­ahl­ar­la təmin olunması zərurəti 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konvensiya Komitəsinin ləğv edilməsi, onun bazasında Mü­dafiə Sənayesi Nazirliyinin yaradıl­ma­sı ilə nəticələndi. Qısa müddətdə Müdafiə Sənayesi Nazirliyində digər təxirə­sa­lın­maz məsələlərlə bir sırada zəruri sayılan xarici iqtisadi əlaqələr bərpa edildi, yeni əlaqələr üçün mü­va­fiq işlər aparıldı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların və xalq təsərrüfatının maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələrinin istehsalını təmin etmək üçün nazirliyin müəssisələrində yeni istehsal sahələri yaradıldı.

Son illərdə müxtəlif miqyaslı müxtəlif təyinatlı təlimlər, bu sıradan ko­man­da-qərargah təlimləri ordunun döyüş hazırlığını, müəyyən tədbirlər, yeni hərbi hissələrin inşası, yenidən qurulması, şəxsi heyətin sozial-məişət şəraitinin yaxşı­laş­dırılması və s. mənəvi-psixoloji ha­zırlığını yüksəldir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi “Azər­baycan güc­lü dövlətdir və onun güclü ordusu vardır” kəlamı hərbçilərin mə­nəvi-psixoloji hazırlığında əlavə stimul olmuşdur. 2018-ci ildə Azərbaycan Or­dusunun yaradılmasının və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar Azərbaycan Ordusunun qadirliyinin paradı kimi izlənildi...

Dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Ordusu nizami və güclü bir ordu kimi bütün parametrlər üzrə daha dinamik inkişaf mərhələsindədir. Ordunun müdafiə qüdrə­ti­nin, döyüş, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırlması, hərbi qulluqçuların sosial müdafiəsi dövlət üçün prioritetdir... 

Azərbaycan Ordusunun şəxsi heyətinin ən güclü silahlarından biri də vətən­pər­­vərlikdir.

Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini qələbə ilə tamamlamağa, tor­paq­larımızı işğaldan azad etməyə qadirdir...

Azərbaycan Ordusu tarixin bağrından qopan ordudur...

Rəşid Faxralı