06 mart 2020 15:15
2823

Tarlada tapdı, indi satır - FOTO

Çorumun Alaca mahalında təsərrüfatçı Mutlu Yılmaz keçən ilin aprel ayında noxud əkdiyi zaman tarlasında tapdığı 68 kiloluq səma daşı Çorum Muzeyində nümayiş olunduğu 1,5 ayda 4 min adam tərəfindən ziyarət edilib. M.Yılmaz muzeydən geri aldığı daşı satışa çıxarıb.

“İki sahil” xəbər verir ki, dünya leksikonuna  “Gerdekkaya” adıyla girən səma daşında 12 element olduğu və Türkiyədə tapılan ən böyük üçüncü meteorit olduğu ifadə edilib.

Alaca mahalında Mutlu Yılmaz noxud əkin sahəsini hazırlayarkən gördüyü böyük bir daşı - 12 elementli “Gerdekkaya”nı çıxarmağa çalışdı. Ancaq çox ağır daş olduğuna görə onu yerindən tərpədə bilmədi. Görünüşünün fərqli olduğunu düşünən Yılmaz qonşularının köməyi ilə yerindən daşı götürərək evinə gətirdi.

M.Yılmaz xaricdəki qohumunun köməyi ilə ağırlığı 68 kiloqram olan səma daşından bir daş parça kəsərək ABŞ-dakı bir universitetə ​​göndərib. Araşdırmada səma daşı olduğu məlum olub.

Həmin səma daşı maraq mövzusu olduğuna görə, Rayon Mədəniyyət və Turizm Müdirliyinin işçiləri Mutlu Yılmaz ilə əlaqə saxlayıb və daşın muzeydə sərgilənməsi istəyiblər. Yılmaz müvəqqəti olaraq göy daşını muzeydə nümayiş etdiriləcəyinə razılıq verib.

Çorum Muzeyində hazırlanan xüsusi bölmədə bir ay yarım göy daşı sərgilənib. Ən azı 4 min illik tarixi olduğu təxmin edilən meteoritlə əlaqəli hissədə “kosmosun xəbərçiləri” başlığı altında məlumat mətni hazırlanıb.

Çorum Muzeyinin müdiri Metin Çakar səma daşının vətəndaşların böyük diqqətini çəkdiyini ifadə edərək, “Təxminən bir ay yarım müddətində muzeyimizdə sərgiləndi. Bir gün əvvəl daşı Mutlu Yılmaza təhvil verdik. Səma daşı ziyarətinə 3-4 minə yaxın adamın gəldiyini bilirik” deyib.

Mutlu Yılmaz xüsusi yerdə  saxladığı səma daşını satışa çıxarıb. Rusiyadan bir qrupun səma daşını almaq üçün Yılmaz ilə görüşdüyü də bildirilir.

Göy daşının ən az 4 min illik olduğu təxmin edildiyini izah edən Mutlu Yılmaz, “Daşa baxılanda normal bir daş kimi görünür, amma qaldırmağa çalışarkən bunun nə qədər ağır olduğu bəlli olur. Xaricdə meteoritlə maraqlanan bir çox insan var. Səma daşını satmağa qərar verdik. Bu yaxınlarda ona Rusiyadan 68.000 dollar təklif edilib, ancaq bilirik ki, daşın dəyəri daha yüksəkdir, ona görə qəbul etmədik.”