09 aprel 2020 16:03
1408

Tatlısəsin qızı: Həyatda qalmağı həll edim ki... - FOTO

Dünyaya yayılan koronavirus epidemiyası ilə bağlı xəbərlər sosial media dünyasından gelməkdə davam edir. Son olaraq İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəsin koronavirusa yoluxduğunu açıqlamışdı.

“İki sahil” xəbər verir ki, Dilan Çıtak vəziyyəti haqqında bir paylaşım edərək izləyicilərinə deyib: "Hər şeyi olduğu kimi istəyirəm. Səhnədə olub çox mahnı oxumağı çox istiyirəm. Hələlik iy bilmək, dad bilmək və ən əsası həyatda qalmağı həll edim ki...”

Qeyd edək ki, Dilan Çıtak Tatlısəs “Oynaq ağrıları, dad və iy bilməmək şikayətləri ilə əlaqədar etdiyim “covid-19” test nəticəm müsbət oldu" demişdi.

İbrahim Tatlısəsin qızı Dilan Çıtakın sevgilisi Levent Dörter də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi və Dörterin test nəticəsi müsbət oldu. Levent Dörter 10 günlük müalicədən sonra ötən həftə xəstəxanadan çıxıb.