20 may 2019 16:22
1117

“Taxt oyunları” serialının son seriyası nümayiş olunub

ABŞ-ın HBO telekanalı mayın 19-da “Taxt oyunları” filminin sonuncu seriyasını nümayiş etdirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Taxt oyunları” serialının sonuncu, səkkizinci mövsümü 6 seriyadan ibarət olub.

Amerika yazıçısı Corc Martinin “Buz və alovun nəğməsi” (A Song of Ice and Fire) romanının motivləri əsasında çəkilən çoxseriyalı bədii filmin ilk seriyası 2011-ci ilin aprel ayında ekranlara çıxıb. Filmin azarkeşlərinin əksəriyyəti yekun mövsümdə yol verilən səhvlərdən narazı qalıb və onun yenidən çəkilməsi üçün petisiya hazırlayıb. Hazırda petisiyanı 1 milyondan çox insan dəstəkləyib.

KİV-lərin məlumatına əsasən, “Taxt oyunları” serialının son mövsümünün çəkilişləri HBO telekanalına 90 milyon dollara başa gəlib.