02 dekabr 2020 14:21
980

TƏBİB açıqladı: Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir

Azərbaycanda koronavirusa yoluxan insanların 81 faizə qədəri xəstəliyi yüngül simptomplarla keçirir. Trend-in məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.

N.Mustafayeva bildirib ki, həmin xəstələr evdə müalicə oluna bilirlər. O qeyd edib ki, virusu əsasən ürək damar xəstəliyi olan, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, arterial hipertenziyası, xərçəng xəstəliyi, xroniki xəstəliyi olan insanlar ağər keçirir.

TƏBİB rəsmisi bildirib ki, bəzi insanlar həkim təyinatı olnadan anti-biotiklərlə, sistem vurulması və digər dərman peraparatları ilə özlərini müalic etməyə çalışırlar: “Lakin sonrakı dövrlərdə daha da ağırlaşmış hallarda xəstəxanalara müraciət edirlər ki, bu da çətinliklər yaradır”.

Bütün bunların yolveriməz olduğunu bildirirən N.Mustafayeva panikaya yol verilməməyin vacibliyini qeyd edib.