19 fevral 2020 21:15
1075

Təbrizin “Traktor” klubu yarımfinala yüksəldi

İran kubokunda 1/4 finalın oyunları keçirilir.

Təbrizin “Traktor” klubu bu gün öz meydanında “Mes Kerman”la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Cənubi Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.

Təbrizlilərin qollarını Məhəmməd Xanzadə (32), Aşxan Deyagah (42), Reza Əsədi (44) və Səid Mehri (77) vurub. //Publika.az