30 iyun 2020 18:45
425

Təcili yardım xidmətinin işi daha səmərəli olacaq

Poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik. COVİD-19-a yoluxmuş şəxslərin evdə müalicəsi və müşahidəsinin aparılması xəstəxanaların, tibb işçilərinin üzərinə düşən yükün azaldılması məqsədi daşıyır. “İki sahil” Trend-ə istinadla bildiri ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Eldar Zeynalov deyib. Onun sözlərinə görə, ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyulub: “Təcili tibbi yardımın gec gəlməsi, testlərin gec bilinməsi ilə bağlı faktlar varsa da, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra xəstəxanaların və təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik”.