15 avqust 2020 01:11
1049

Tehranda yaşayış evində partlayış olub

Tehranda yaşayış evində partlayış olub

İranın paytaxtı Tehranda yaşayış binalarından birində partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident dördmərtəbəli binada baş verib, partlayışdan sonra binada yanğın başlayıb.

Bildirilir ki, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Partlayışın səbəbi araşdırılır.