13 sentyabr 2019 20:47
113

Tələbələrlə görüş - FOTO

Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.
Tədbiri YAP Samux  rayon təşkilatının sədri Gündüz Bayramov açaraq  təhsilin inkişafına göstərilən dövlət qayğısından və  bu sahədə əldə edilən uğurlardan danışdı. Bildirdi ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Respublikamızın digər bölgələrində olduğu kimi, Samux rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olunanların sayı ildən-ilə artır.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Kəmalə Xəlilova tədbirdə çıxış edərək vurğuladı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə çox böyük önəm vermişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla davam etdirilir. Kəmalə Xəlilova daha sonra qeyd etdi ki,  Samux  rayonunda bu il attestat alan məzunların sayı 434 nəfər, ali məktəbə sənəd verən məzunların sayı 304 nəfər olmuşdur. Onlardan 171 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 22 nəfər 500-dən yuxarı,  2 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlər arasında xeyli gənc  keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar. 
Tədbirdə Qarayeri 1 saylı məktəb-liseyin  direktoru  Bəsti Mahmudova, 2 saylı Samux şəhər tam orta məktəbinin  direktoru Əminə Cəfərova, tələbə məzunlar – İlham İsayev, Leyla Qurbanova, Həbibə Qarayeva, Leyla Camalzadə, Əfsanə Əliyeva çıxış edərək bütün bu uğurları qazanmaqda onlara şərait yaradan ölkə Prezident İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
            Sonda uğurlu nəticələr əldə etmiş tələbələrə qiymətli hədiyyələr təqdim edildi.
Vəli İlyasov, “İki sahil”