30 yanvar 2019 11:09
779

Telefonunuzun təhlükəsizliyini istəyirsinizsə...

Hollandiya İstehlakçılar Birliyinin araşdırmalarına görə, smartfonların üz tanıma xüsusiyyətindən istifadə edən insanların 40%-inin telefonları  başqaları tərəfindən asanlıqla açıla bilir.

Telefonlar foto yaddaş və sahibinin görüntüsü arasında dəqiq bir uyğunlaşma edə bilmədiyindən, ekran kilidi telefon sahibinin hər hansı bir pasport şəkli ilə də açıla bilər.

Tvente Universitetinin biometriya mütəxəssisi Raymond Veldhuis deyir: “Mobil telefonunuzun həqiqətən təhlükəsiz olmasını istəyirsinizsə, üz tanıma funskiyasını istifadə etməyin.”

Holland İstehlakçılar Birliyi, müxtəlif markalardan 110 ağıllı telefonu araşdırdı. Samsung, Huawei, Sony və Nokia modelləri daxil olmaqla, 42 telefon  asanlıqla üztanıma funksiyası ilə açılıb.

Assosiasiya istehlakçıları istifadəçilərə öz smartfonlarında üz tanıma funksiyasını dayandıraraq barmaq izi kilidi və ya parol funksiyasından istifadə etməyi tövsiyə edir.

Röya Rasimqızı