17 sentyabr 2019 12:09
885

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq, qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə edilən məlumatlar xəritələrdə əks olunur.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.